Diqqət! Bu küçədə hərəkət məhdudlaşdırılır


Digərləri 06 Dek 2018 10:13:15 247 0

Diqqət! Bu küçədə hərəkət məhdudlaşdırılır

ASAN xidmət mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gun saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bakı. Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ASAN xidmət mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gun saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.