Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılmasını dəstəkləyir


Digərləri 06 Dek 2018 09:41:00 250 0

Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılmasını dəstəkləyir

Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılması ideyasını dəstəkləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin (OPEK+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasının kuluarlarında bildirib.

Nazir qeyd edib: "Bəli, düşünürəm ki, bu istiqamətdə işləmək lazımdır".

O, həmçinin Monitorinq Komitəsinin iclaslarından birinin Bakıda keçiriləcəyinə ümid etdiyini deyib.