Diqqət: Paşinyanın gizli danışıqları yayıldı VİDEO


Dünya 06 Dek 2018 09:42:00 290 0

Diqqət: Paşinyanın gizli danışıqları yayıldı  VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanla telefon danışığının səs yazısı internetdə yayılıb.

Son.az bildirir ki, onlar MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Yuri Xaçaturovun həbsini və mümkün sonucları müzakirə edirlər. Vanesyan bildirib ki, Xaçaturovun mümkün həbsi "ruslarla münasibətləri gərginləşdirə bilər".

"Gəlin, Köçəryanla işi başa vuraq, sonra Xaçaturovla nə edəcəyimizi düşünək", - Vanesyan söyləyir və Paşinyan da onunla razılaşır.

Paşiyan vurğulayır ki, "bu məsələ"ni Rusiya ilə müzakirə etmək gərəkdir ki, sonradan problemlər olmasın: "Buradayam. Elə o məsələni danışacağam".

Anlaşılan odur ki, telefon danışığı iyulun sonunda, N.Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olarkən baş tutub. Elə həmin vaxt Y.Xaçaturova qarşı cinayət işi qaldırılmışdı.

Vanesyan gün ərzində Paşinyana bir neçə dəfə zəng vurub. Zənglərdən birində Nikol Paşinyan pıçıldayaraq "İclasdayam, danışa bilmirəm" söyləyəyib.

Daha sonra Vanesyan Paşinyana deyib ki, Xaçaturovun həbsi "ruslara pis təsir edib, onları qıcıqlandırıb".

"Rusiyanın kəşfiyyatı ilə yanaşı, Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri yanıma gəldilər. Onlar deyirlər ki, bunu etməyək. Deyirlər ki, heç olmasa KTMT rəhbəri vəzifəsindən çıxarın, sonra həbs edin. Əks halda bu, KTMT-nin nüfuzuna zərbə olacaq", - Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan söyləyib.