Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılmasını dəstəkləyir


Digərləri 06 Dek 2018 09:16:00 229 0

Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılmasını dəstəkləyir

Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılması ideyasını dəstəkləyir.

Bakı. Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılması ideyasını dəstəkləyir. Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin (OPEK+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasının kuluarlarında bildirib. Nazir qeyd edib: "Bəli, düşünürəm ki, bu istiqamətdə işləmək lazımdır". O, həmçinin Monitorinq Komitəsinin iclaslarından birinin Bakıda keçiriləcəyinə ümid etdiyini deyib.