Naxçıvanda xizək mərkəzi tikilir FOTO


Digərləri 06 Dek 2018 09:05:00 437 0

Naxçıvanda xizək mərkəzi tikilir  FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ağbulaq Xizək Mərkəzində aparılan tikinti işləri ilə tanış olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Fransanın "MND" şirkətinin mühəndisi Xavier Goya layihə üzrə görülən işlər barədə ona məlumat verib.

Qeyd olunub ki, Ağbulaq kəndi dağ-xizək turizminin inkişafı baxımından ideal yerdir. Xizək mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılıb və tikinti işlərinin 80 faizi başa çatdırılıb. 1590 metr uzunluğundakı xizəksürmə zolağında və təlim meydançasında torpaq işləri görülüb. Hazırda kanat dayaqlarının, 20 min kubmetr tutumu olan süni gölün, qaraj binasının, süni qar qurğuları üçün su və hava xəttinin qazma işləri davam etdirilir.


Xəbərə aid fotolar