Nokia TA 1114 təqdim olunacaq


Digərləri 06 Dek 2018 08:55:00 273 0

Nokia TA 1114 təqdim olunacaq

"Nokia" şirkəti 4G LTE mobil rabitə texnologiyasını dəstəkləyən düyməli telefon hazırlayır. Qurğunun texniki xüsusiyyətləri barədə "TENAA" məlumat bazasından məlumat əldə edilib.   Son.az ICTnews-a istinadən bildirir ki, "Nokia TA 1114" kimi nömrələnmiş telefonun çəkisi 70,2 qram, 1,77 düym diaqonala malik displeyin təsvir ölçüsü 128×160  piksel, prosessorun takt tezliyi isə 0,26 QHs təşkil edəcək. Qurğuya quraşdırılmış akkumulyator batareyasının tutumu 800 milliamper/saat təşkil edəcək.   Telefonun əsas özəlliyi LTE rabitə texnologiyasını dəstəkləməsi olacaq. Sənədə əsasən, telefon 900 və 1800 MHs şəbəkə diapazonlarında işləyə biləcək.