Kaliforniyada meşə yanğınlarından sonra 11 nəfər itkin düşüb


Dünya 06 Dek 2018 08:58:00 210 0

Kaliforniyada meşə yanğınlarından sonra 11 nəfər itkin düşüb

Müasir Kaliforniya ştatı tarixinin ən dağıdıcı təbiət yanğınları qurbanlarının sayında düzəliş edilib. Ölənlərin sayı 88 nəfərdən 85-ə qədər azaldılıb. Hazırda isə itkin düşmüş hesab edilən 11 nəfərin axtarışları davam etdirilir.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə çərşənbə günü ştatın Meşə Təsərrüfatı və Yanğın Mühafizə İdarəsinin məlumatında qeyd olunur.

Bildirilir ki, Kaliforniyanın şimalında "Kemp" yanğınının başlaması anından itkin düşən 3 min 175 nəfərin yeri müəyyən edilib. Ölənlərə gəldikdə isə, məhkəmə tibb ekspertləri belə qərara gəldilər ki, aşkar olunan qalıqlar əvvəllər ehtimal ediləndən daha az adama məxsusdur.