"Huawei" şirkətinin maliyyə direktoru ABŞın tələbi ilə Kanadada saxlanılıb


Dünya 06 Dek 2018 08:48:00 236 0

"Huawei" şirkətinin maliyyə direktoru ABŞın tələbi ilə Kanadada saxlanılıb

Kanada polisi Çinin "Huawei" telekommunikasiya şirkətinin maliyyə direktoru xanım Vançjou Meni saxlayıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə cümə axşamı "The Globe and Mail" qəzeti yazıb.

"Vançjou Men dekabrın 1-də Vankuverdə saxlanılıb. Onun təhvil verilməsi ilə bağlı sorğunu Birləşmiş Ştatlar göndərib, girov qoyulmasına dair dinləmələr cümə gününə təyin edilib", - deyə nəşr Kanadanın Ədliyyə Nazirliyi nümayəndəsinin sözlərini sitat gətirib.

Qəzetin məlumatına görə, direktor ABŞ-ın İrana qarşı ticarət sanksiyalarını pozmaqda ittiham olunur və Birləşmiş Ştatların onun bu səbəbdən ekstradisiyasına dair sorğusu əsasında saxlanılıb.