Bakıda təmizlik işləri aparan qadını avtomobil vurub öldürdü


Digərləri 06 Dek 2018 08:40:00 191 0

Bakıda təmizlik işləri aparan qadını avtomobil vurub öldürdü

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib. Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.