Tezliklə WebP bütün webi zəbt edəcək, amma tez gedəcək.


Digərləri 06 Dek 2018 08:31:00 251 0

Tezliklə WebP bütün webi zəbt edəcək, amma tez gedəcək.

Şəkil kodlama standartı olan WebP-nı yeni hesab eləmək olmaz, çünki Google onu uzaq 2010-cu ildə təqdim etmişdi. Lakin bütün bu vaxt ərzində brauzerlar hərəsi öz formatını təklif etdiyinə görən bu WebP hələ də geniş yayılmayıb. Amma tezliklə vəziyyət dəyişəcək, çünki format yaxın zamanda brauzerlərin çoxunda dəstəklənəcək. Lakin, WebP məhşurlaşanda artıq köhnəlmiş olacaq çünki onun yeni rəqibi - AVİF formatının brauzer dəstəyi üçün artıq aktiv iş gedir.

WebP Dəstəklənməsi.

Son.az technote.az-a istinadən bildirir ki, formatın açıq olmasına baxmayaraq Firefox dəstəklənməni bacardığı qədər yubadırdı. "Tülkünün" proqramçıları APNG formatını GİF-in əvəzləyicisi kimi təqdim etmək istəyirdilər, WebP isə maneəçilik yaradırdı. Həmçinin Mozilla yığcamlatma alqoritmları ilə öz eksperimentlərini aparırdı və hətda öz MozJpeg kodlaşdırıcısını da təqdim etmişdi. Buna baxmayaraq, nəhayət ki WebP dəstəyini öz kodlarına əlavə etmək qərarını verdilər və 2019-cu ilin birinci yarısı üçün planlaşdırılan Firefox 65 relizində biz WebP dəstəyini görəcəyik.

Microsoft isə JPEG XR barədə düşünürdü və WebP-nin integrasiya olmaması daha çox siyasi məsələ idi. Lakin bu JPEG XR formatın yayılmasına əmma onda oldu ki, bu format sərbəst deyil idi - lisenziya tələb edirdi, ona görə də Open Source cəmiyyəti onu heç vaxt qəbul etməzdi. WebP-ya gəldikdə isə, Microsoft bu yaxınlarda fikrini dəyişdi və formatı Edge 18-ə əlavə etdi.

Hazırda bu formatı dəstəkləməyi planlamayan yeganə oyunçu Apple qalır, baxmayaraq ki WebP əvvəllər test formasında Safari-də dəstəklənirdi. Əslində bunun üçün iki səbəb var. Apple-ın HEVC videoyığcamlatma standartı əsasında işləyən öz HEIF formatı var. İkinci səbəb isə AVIF, hansı ki WebP-dən daha müasirdir.