Tehran OPEC+ çərçivəsində neft hasilatını azaltmayacaq


Digərləri 06 Dek 2018 08:38:00 253 0

Tehran OPEC+ çərçivəsində neft hasilatını azaltmayacaq

ABŞ-ın sanksiyaları altında olan İran OPEC+ formatı çərçivəsində hasilatın razılaşdırılmış şəkildə azaldılmasında iştirak etməyəcək.

Son.az "Report"a istinadən bildirir ki, bunu jurnalistlərə OPEK-in nazirlər konfransında iştirak etmək üçün Vyanaya gedən İslam Respublikasının neft naziri Bijan Namdar Zanqane deyib.

"Sanksiyalar ləğv olunmayınca, biz gələcəkdə hasilatın azaldılması kvotası ilə bağlı istənilən qərardan kənarda qalmalıyıq", - deyə o bildirib.

Zanqane hasilat səviyyəsini açıqlamayıb, çünki, onun sözlərinə görə, bu, ABŞ tərəfindən İrana qarşı təzyiq üçün səbəb ola bilər.