Bəzən məğlubiyyət kişilik nümunəsi sayılır


Digərləri 06 Dek 2018 08:01:00 292 0

Bəzən məğlubiyyət kişilik nümunəsi sayılır

Türkiyәli bir gülәşci öz xatirәlәrindә qeyd edir:

"Mәn yarışda Cahan Pәhlivan Tәxti (iranlı mәhşur gülәşci) ilә gülәşmәli oldum vә o, çox güclü idi. Yarışın mәnim üçün çәtin olacağını bilirdim vә udma şansım da çox az idi.

Gülәşdәn əvvəl biz paltar geyinib-soyunma otağında görüşüb bir az söhbәt elәdik. Cahan Pәhlivan mәndәn soruşdu:

- Türkiyәdәn sənə dəstək olmağa nә qәdәr adam gәlib?

Mәn dedim:

- 200 nәfәr.

Cәhan Pәhlivan dedi:

- Ailәn dә burdadı?

Dedim:

- Bәli (gördüm pis oldu).

Dedi:

- Mәn sәni ailәvin gözü qabağında yıxa bilmәrәm, gәrәk uduzam.