Saxta Samsung Galaxy S10+ satışa çıxarılıb VİDEO


Digərləri 06 Dek 2018 08:05:00 267 0

Saxta Samsung Galaxy S10+ satışa çıxarılıb  VİDEO

Çində "Samsung Galaxy S10+" smartfonu satışa çıxarılıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, qurğunun arxa paneli çexol istehsalçısının videoçarxında göstərilənə bənzəyir: 3 kamera, sensorlar horizontal şəkildə quraşdırılıb. Belə ki, smartfon işıq üzü görən "LG V40 ThinQ" modelini xatırladır.

Bildirilir ki, ön paneldə yuxarı və aşağı çərçivələri görmək mümkündür. Orijinal qurğuda "selfie" kamerasının altında kiçik açıq yer yerləşəcək. Məlumdur ki, o 2 kameralı olacaq. "Samsung" şirkətinin istifadəçiləri qeyri-adi form-faktorla təəccübləndirəcəyi gözlənilir.