Azərbaycanda hotellərə gizli müştərilər göndəriləcək


Digərləri 06 Dek 2018 07:50:04 209 0

Azərbaycanda hotellərə gizli müştərilər göndəriləcək

Azərbaycanda hotellərdə yeni ulduz təsnifatlaşdırma sistemi tətbiq edildikdən sonra hotellərə gizli müştərilər göndəriləcək.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda yeni ulduz təsnifatlaşdırma sistemi tətbiq edildikdən sonra hotellərə gizli müştərilər göndəriləcək. Bunu Trend-ə Azərbaycan Hotel Assosiasiyasının (AHA) Baş icraçı direktoru Günay Sağlam deyib. Baş icraçı direktorun sözlərinə görə, hotellərə verilən ulduzlar 4 il qüvvədə olacaq. Buna görə də ulduz təsnifatlaşdırılması 4 ildən bir keçiriləcək. AHA rəsmisi əlavə edib ki, ulduz veriləndən 2 il sonra gizli müştəri hoteli ziyarət edəcək və bununla da mehmanxananın həmin ulduza uyğun xidmət göstərib-göstərmədiyi müəyyənləşəcək. G.Sağlam qeyd edib ki, təsnifatlaşdırılma ilə bağlı hotel sahiblərinə əvvəlcədən məlumatlar veriləcək: