Günün qoroskopu: uğurun bir addımlığında olanda ruhdan düşməyin


Digərləri 06 Dek 2018 00:01:00 270 0

Günün qoroskopu: uğurun bir addımlığında olanda ruhdan düşməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Buğa - əlverişli gündür. Ünsiyyətdə fayda var. Qeyri-rəsmi və işgüzar müzakirələr faydalı olacaq. Yaxın ətrafınızdakı insanları anlayacaq, onların gizli istəklərindən xəbər tutacaqsınız.

Müşahidə qabiliyyətiniz sayəsində yaxın ətrafınızdakı insanlardan birinin sirlərini istəmədən faş edəcəksiniz. Aldığınız məlumatı paylaşmağa tələsməyin. İnformasiya yalnız sizə əyan olarsa, dəyərlidir.

Buğa - adi günlərdən fərqli olaraq, işlər çoxdur. Tənbəllik etməyin, çalışın. Yorğun düşsəniz də, məqsədə doğru irəliləməkdən vaz keçməyin. Yaşam potensialınız yüksəkdir.

Bəzi işlər daha çətin alınır. Qətiyyətli olun. Hədəfi bir an da olsa, unutmayın.

Əkizlər - günün ilk yarısında bir çox işlər yaxşı alınacaq. uğurlu dövrdən yararlanın. Ciddi işləri və mühüm görüşləri sonraya ertələmək pis ideyadır. Vaxt ötdükcə mənfi təmayüllərin təsiri güclənəcək. Çətinliklərlə qarşılaşa bilərsiniz.

İstənilən müzakirə və ya sövdələşmədən əvvəl bunun sizə gerçəkdən də, gərəkli olub-olmadığına, şərtlərin əlverişlilik səviyyəsinə əmin olun. Diqqətsizlik maliyyə itkiləri ilə nəticələnə bilər. Bu gün yalnız ən yaxın adamlarınıza güvənə bilərsiniz.

Xərçəng - hər şey qarışıb, laübəli, mürəkkəbdir. Çətin situasiyanın öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Mühüm qərarlar verməlisiniz. Geri çəkilməyin, ruhdan düşməyin. Ən çətin anlarda iradəldi və qətiyyətli davranın.

Axşam saatlarına yaxın əməkdaşlıq və ya tərəfdaşlıq təklifi alacaqsınız. Yaxın keçmişdə baş vermiş hadisələrdən birinin əks-sədası duyulacaq.

Şir - günün ilk yarısı çətin və mürəkkəbdir. Emosiyalarınıza nəzarət edin. Ağır işin öhdəsindən gəlmək üçün bütün bilik və bacarıqlarınızdan bəhrələnin.

Günün ikinci yarısı şəxsi problemlərin həddi üçün yararlıdır. Dəyər verdiyniz insanlarla, yaxınlarınızla ünsiyyətdə olun. Qəfil görüş, xoş sürpriz, uğurlu təsadüf istisna deyil.

Qız - mühüm işiniz və ya böyük planınız varsa, aktiv olun. Heç nəyi təxirə salmayın. İşə nə qədər tez başlasanız, fəaliyyətinizin sonucu bir o qədər yaxşı olacaq. Lakin vaxt keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək.

Situasiya nəzartədən çıxacaq. Sinirlənməyin, emosiyalara qapılmayın.

Yaxın ətrafınızdakı insanların dəstəyinə ehtiyacınız var.

Axşam saatlarına yaxın özünüzü yorğun, bihal hiss edəcəksiniz. Yuxulu olacaqsınız.