Ötən il İtaliyaya rekord sayda turist gəlib


Digərləri 05 Dek 2018 23:56:00 268 0

Ötən il İtaliyaya rekord sayda turist gəlib

Ötən il İtaliyaya gələn turistlərin sayı 5,3 faiz artaraq 123 milyon nəfər təşkil edib. Bu, ölkə üzrə rekord göstəricidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.

Bu rəqəm Avropa İttifaqı ölkələri üzrə orta göstəricidən də xeyli çoxdur. Siyahıda İtaliyadan sonra Fransa, Böyük Britaniya və ABŞ qərarlaşıblar. Artım bu ölkələrin hər biri üzrə 3 faiz təşkil edir.