Sinqapur dünyada şirin qazlı içkilərdən imtina edən ilk ölkə ola bilər


Digərləri 05 Dek 2018 23:47:00 277 0

Sinqapur dünyada şirin qazlı içkilərdən imtina edən ilk ölkə ola bilər

Sinqapur dünyada şirin qazlı içkilərdən imtina edən ilk ölkə ola bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, belə bir təklif ölkənin Səhiyyə Nazirliyinin diabetlə mübarizə məqsədilə hazırladığı təkliflər paketində öz əksini tapıb.

Məhdudlaşdırıcı təkliflər arasında istehsalçılardan və idxalçılardan alınan vergilərin artırılması da yer alıb. Bundan əlavə, həmin məhsulun istənilən reklamına qarşı tədbirlərin gücləndirilməsi və bu qəbildən olan bütün məhsulların sağlamlıq üçün mənfi və müsbət təsiri barədə markalanma işlərinin aparılması da nəzərdə tutulur. Hazırlanmış təkliflərin ictimai müzakirəyə çıxarılacağı bildirilsə də, hökumət orqanları bu içkilərin istehsalını azaltmaqda qərarlıdır. Bu təbəqədən olan məhsullar sırasına enerjili şirələr, maye halında olan yoğurtlar, "üçü birində" kofe tozları və digər məhsullar da daxildir.

Səhiyyə Nazirliyinin bəyanatında deyilir: "Sinqapur inkişaf etmiş ölkələr sırasında diabet xəstələrinin sayına görə 11 faiz göstərici ilə çox yüksək yerdə dayanır. Proqnozlara görə, əgər indi məhdudlaşdırıcı tədbirlər görülməsə, 2050-ci ildə bu xəstəlikdən əziyyət çəkənlərin sayı bir milyon nəfərə çata bilər".