Alimlər qəribə suala cavab tapıb


Digərləri 05 Dek 2018 23:38:00 260 0

Alimlər qəribə suala cavab tapıb

Axşamlar hirslənmək xeyirlidir, yoxsa səhərlər? Bu sual nə qədər qəribə səslənsə də alimlər bu barədə maraqlı araşdırma aparıb.

Son.az medicina.az-a istinadən bildirir ki, yapon alimləri tərəfindən aparılan araşdırma onu göstərib ki, insan orqanizmi axşam saatlarında stress təsirinə daha çox məruz qalır. Yəni ki, axşamlar orqanizmə təsir edən stress sağlamlığa daha çox ziyan vurur. 

Araşdırmada Yudjiro Yamanaka və onun Hakaydo Universitetindən olan əməkdaşları 27 könüllünün üzərində orqanzimin sutkanın müəyyən saatlarında kəskin psixoloji stressə nə cür reaksiya verdiyini araşdırıb.

Qeyd edək ki, əsas stress hormonu olan kortizol stress halı yaşandığı zaman bir neçə saat ifraz olunmağa davam edir. Bu isə orqanizmi döyüşmək və yaxud qaçmaq üçün enerji ilə təmin etməyə xidmət edir.  Kortizolun səviyyəsi sirkad ritmlərlə müəyyən olunur. Bir qayda olaraq bu hormonun səviyyəsi səhərlər maksimuma çatır, axşam isə azalır.