Aloe şirəsi ilə məşhur resept


Digərləri 05 Dek 2018 23:21:00 396 0

Aloe şirəsi ilə məşhur resept

Aloe vera bitkisi (əzvay) ən faydalı və təsirli müalicəvi bitkilərdən biridir.

İnsanlar bu bitkinin faydaları haqqında hələ bizim eramızdan əvvəl bilirdi və ondan müxtəlif müalicəvi məqsədlərlə istifadə edirdi. Qədim Şərq təbabəti kitablarının birində "ölümsüzlük dərmanı"nın resepti tapılıb. Bu reseptə aloenin şirəsi də daxil idi.

Aloe vera xalq təbabətində çox geniş istifadə olunur. Lakin tək xalq təbabəti deyil, müasir ənənəvi tibb də aloe bitkisinin müalicəvi xüsusiyyətlərini təsdiq edir. Aloe əsasında müxtəlif dərman preparatları buraxılır.  

Aloe unikal bitkidir, onun tərkibində 250-dən artıq (!) bioloji aktiv maddə var. Bu maddələr arasında fitonsidlər, flavonoidlər, büzücü maddələr, vitaminlər (A, B1, B2, B6, B9, C, E) minerallar (selen, dəmir, kalium, maqnezium, fosfor, sink, mis və s.), aminturşuları, orqanik turşular və s. var.

Aloe bitkisinin faydaları arasında:

- sinir, həzm, ürək-damar sistemlərinə çox müsbət təsir edir, xəstəliklərin inkişafından qoruyur

- immuniteti möhkəmləndirir

- orqanizmi şlak və toksinlərdən təmizləyir

- qəbizliyi müalicə etməyə kömək edir

- orqanizmdə iltihabları azaldır