Nənələrimizin bəzək əşyası kəhrəba Niyə indi istifadə edilmir?


Digərləri 05 Dek 2018 23:25:00 481 0

Nənələrimizin bəzək əşyası kəhrəba  Niyə indi istifadə edilmir?

Kəhrəba iynəyarpaqlı ağacların qətranının daşlaşması nəticəsində əmələ gələn mineraldır. Ağac qətranının kəhrəbaya çevrilməsi uzun illər boyunca gedən çox mürəkkəb prosesdir. 

Bəlkə də çoxlarınız kəhrəbanın möcüzəvi xüsusiyyətləri barədə eşitmisiniz. Bu qeyri-adi daş uzun illər boyunca bəzək əşyası kimi istifadə olunmaqdan əlavə, həm də müalicəvi təsirə malik olması ilə tanınıb. Kəhrəbanın öz sahibinə sakitləşdirici və qoruyucu təsir göstərdiyi bildirilir. Lakin müasir zamanda kəhrəbadan elə də geniş istifadə edilmir. İbn Sina kəhrəbanı bir çox dərdin dərmanı hesab edirdi.

Son.az medicina.az-a istinadən bildirir ki, ən yaxşı kəhrəba işlənməmiş kəhrəba hesab edilir. Kəhrəbadan hazırlanmış boyunbağıların qalxanabənzər vəziyə müsbət təsir etdiyi məlumdur. Kəhrəba həmçinin də ağciyər və ürək xəstəliklərində də müsbət təsir göstərir. 

Kəhrəba daşından hazırlanan kəhrəba tozu, məlhəmi və turşusu həmçinin də bir çox oynaq xəstəliklərində, radikulitdə istifadə edilir.