Yaponiyada havanın temperaturu son 139 ildə rekord səviyyəyə çatıb


Digərləri 05 Dek 2018 23:03:00 246 0

Yaponiyada havanın temperaturu son 139 ildə rekord səviyyəyə çatıb

Dekabrın 4-də Yaponiyada havanın hərarəti 300-dən çox temperatur rekordunu təzələyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, termometrlərin civə sütunu 25 dərəcədən, bəzi yerlərdə isə hətta 27 dərəcədən yuxarı temperatur qeydə alıb.

Oiça prefekturasında termometr müsbət 27 dərəcə, Şimane və Fukuokada 25 dərəcə, Narada 26 dərəcə istilər göstərib. Bütün ölkə üzrə mövcud olan 940 müşahidə məntəqəsindən 345-də temperatur rekordu müşahidə edilib. Bir çox rayonlarda, o cümlədən Vakayama şəhərində müşahidələrin aparıldığı son 139 ildə, Fukuoka və Matsuyama şəhərlərində isə son 128 ildə havanın ən yüksək hərarəti qeydə alınıb.