Yeni əmələ gələn göllərin şəkilləri ekoloqları sarsıdıb


Digərləri 05 Dek 2018 22:39:00 398 0

Yeni əmələ gələn göllərin şəkilləri ekoloqları sarsıdıb

Almaniya ekoloji hərəkatı fəallarının öz resursları vasitəsilə yaydıqları fotolar ölkəni, sözün həqiqi mənasında, sarsıdıb. Uzun illər Sibirdə əbədi donuşluğun əriməsini öyrənən Leypsiq Universitetinin Coğrafiya İnstitutunun elmi əməkdaşı Matias Uilrix bu günlərdə həmin prosesin kədərli nəticələrinin əks olunduğu fotoşəkilləri dərc edib. Şəkillərdə aydın görünən iki göl onilliklər bundan əvvəl sadəcə olmayıb. Sovet dövründə, 1960-cı illərdən əvvəl bu yerlərdə otlaqlar olub.

Yakutskdan 50 kilometr şərqdə yerləşən bu iki gölün ölçüləri son 25 ildə daha sürətlə artıb. Alimlər aerokosmik şəkilləri diqqətlə öyrənirlər.


Xəbərə aid fotolar