Bu ölkə işsizliyin səviyyəsinə görə hələ də Avropa İttifaqında birinci yerdədir


Digərləri 05 Dek 2018 22:24:00 252 0

Bu ölkə işsizliyin səviyyəsinə görə hələ də Avropa İttifaqında birinci yerdədir

Avropa Komissiyasının Statistika Agentliyi "Avrostat"ın məlumatına əsasən, Yunanıstanda işsizliyin səviyyəsi 18,9 faizədək azalıb. Buna baxmayaraq, ölkə Avropa İttifaqında bu göstərici ilə hələ də birinci yerdədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, siyahıda Yunanıstandan sonra ikinci yeri İspaniya tutur. Ölkədə işsizlik 14,8 faiz təşkil edir. Ən az işsizlik Almaniya və Çexiyadadır (3,3 faiz və 2,2 faiz).