2100cü ildə ispan dilinin inkişafı dayanacaq


Digərləri 05 Dek 2018 21:47:00 241 0

2100cü ildə ispan dilinin inkişafı dayanacaq

Yaxın gələcəkdə ispan dilinin inkişaf sürəti zəifləməklə bərabər, bu dilin tənəzzülü baş verəcək və onun daşıyıcılarının sayı da azalacaq. İspandilli dünyada doğum göstəricisinin azalması proqnozlaşdırılır. Bu isə ispan dilinin hazırda kifayət qədər yüksək olan mövqeyini zəiflədə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, indiyə qədər yüksələn xətt üzrə inkişaf edən ispan dilinin bu əsrin sonuna doğru tənəzzülə uğrayacağı barədə proqnozlar ispandilli ölkələrin sakinlərinin sayının azalması ilə bağlıdır. Yer kürəsində ispan dilinin bir növ barometri sayılan "Dünyada ispan dili illiyi" adlı nəşrin məlumatına görə 2017-ci ildə bu dilin daşıyıcılarının sayı 572,6 milyon olub. İndiyə qədər 20 buraxılışı çap edilmiş bu nəşrin sonuncu buraxılışı yaxın günlərdə Servantes İnstitutunun şəbəkəsində dərc edilib.

İspan dili onu özləri üçün ana dili hesab edən daşıyıcıların sayına görə Çin dilindən sonra ikinci yeri, habelə daşıyıcıların ümumi sayına görə (ana dili + məhdud istifadə dili + xarici dil) ingilis dilindən sonra ikinci yeri tutur. Gözlənildiyinə görə, 2050-ci ildə ispanca danışanların ümumi faiz nisbəti 7,7 faizə çatacaq, yəni 756 milyon nəfər bu və ya digər səviyyədə bu dildə danışacaq.

Həmin tarixdən etibarən ispan dili daşıyıcılarının sayı tədricən azalacaq və 2100-cü ildə bu azalma statistik baxımdan nəzərəçarpacaq həddə çatacaq. Bu, ispandilli ölkələrdə doğum göstəricisinin azalması ilə bağlıdır.