BDU "Web of Science"də lider universitet nominasiyası üzrə qalib olub (FOTO)


Digərləri 05 Dek 2018 20:46:08 207 0

BDU "Web of Science"də lider universitet nominasiyası üzrə qalib olub (FOTO)

Bu gün Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasim keçirilib.

Bakı. Bu gün Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasim keçirilib. Bakı Dövlət Universitetindən Trend-ə verilən məlumata görə, təhsil naziri Ceyhun Bayramov mərasimdə çıxış edərək son illər ali təhsilin davamlı inkişafına nail olunması, universitetlərin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması, alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunması və dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı "Thomson Reuters") şirkəti ilə əlaqələrdən danışıb. Məlum olub ki, Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science” elmi platformasına çıxış əldə edib, son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 faiz artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 faiz təşkil edib. Daha sonra çıxış edən Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, “Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru Izabel Reiss, AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev ölkədə elmin inkişafı istiqamətində atılan addımlardan danışıblar. Tədbirdə “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimat keçirilib və “Web of Science Azerbaijan-2018” mükafatları təqdim edilib.