Ərarvadı güllələməkdə təqsirləndirilən çoban hakim qarşısında


Kriminal 05 Dek 2018 20:34:00 311 0

Ərarvadı güllələməkdə təqsirləndirilən çoban hakim qarşısında

Ağstafa rayonunda ər-arvadı güllələməkdə təqsirləndirilən Misir İbrahimovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Son.az Report-a istinadən xəbər verir ki, M.İbrahimov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Kəramət Əliyevin icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası dekabrın 18-nə təyin edilib.