Fəxrəddin Manafov teatrdan getməsi xəbərindən danışdı


Kriminal 05 Dek 2018 20:22:00 256 0

Fəxrəddin Manafov teatrdan getməsi xəbərindən danışdı

Xalq artisti Fəxrəddin Manafov Səməd Vurğun adına Rus Dram Teatrından getməsi xəbərlərini təsdiq edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Manafov 1news.az-ın redaksiyasına məktub göndərib. Teatr aktyorun işinin başında olduğunu desə də o, bunu inkar edib:

"Sadəcə, piar lazım idi. Teatrın kassasına 2-3 min daha tamaşaçı cəlb etmək üçn afişaya mənim adımı yazmaq lazım olub. Allah eşqinə, mən buna qarşı deyiləm. Ancaq nə vaxt ki, maraqlı, yaddaqalan iş görməyə başlayırsan, bu, kiminsə xoşuna gəlmir, qıcıqlandırır və müqavimətə səbəb olur. 

Teatrda 2 ay sürən işdən sonra böyük aktrisamız Şəfiqə xanım Məmmədova teatra zəng edərək mənim yenidən səhnəyə qayıtmağımla bağlı sevincini ifadə etdi və Fəxrəddin Manafov üçün lazımi iş şəraitinin yaradılması üçün məsləhət verdi. Onu isə belə əmin etmişdilər: "Narahat olmayın, Şəfiqə xanım. O, özü üçün bütün şərtləri yaradır".  Bu tamamilə düz idi".

Aktyor teatra gəldiyi ilk gündən səhnədə normal professional iş üçün lazım olan sadə, elemenetar şeyləri tələb etməli olduğundan şikayətlənib:

"Ayda bir dəfə oynanılan tamaşadan qabaq məşqləri tələb etmək lazım gəlirdi. Görünür, bu, teatrda çoxdan unudulmuşdu.

Aylarla səhnəyə çıxmayan balet truppası, yaxud yarışlardan qabaq məşq etməyən idman komandası təsəvvür edin. Hər dəfə bu ətalətin öhdəsindən gəlmək isə sağlamlığıma və həyat enerjimə başa gəlirdi. 

Sən səhnədə, tamaşaçı isə zalda olarkən tərəf-müqabilinin atmacalarını, kulisdə danışılan söhbətləri, səs-küy, gurultunu eşidə bilərdin.