Bakıda 217 saylı uşaq bağçasına istilik verilməsi niyə dayandırılıb?


Digərləri 05 Dek 2018 20:18:00 263 0

Bakıda 217 saylı uşaq bağçasına istilik verilməsi niyə dayandırılıb?

Bakının Xətai rayonunda fəaliyyət göstərən 217 saylı uşaq bağçasının istilik sistemində problem yaranıb.

Son.az Trend-ə istinadən bildirir ki, sistemdə baş verən qəza nəticəsində istiliyin verilməsi dayandırılıb.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Trend-ə bildirib ki, uşaq bağçasına istilik vaxtında verilib: "Lakin bağçanın daxili xətlərində problem yarandığından istiliyin verilməsi dayandırılıb. Daxili xətlər təmir olunduqdan sonra bağça yenidən istiliklə təchiz olunacaq".