Almaniyada neonasizm şoku: "Hannibal" ölüm və qan vəd edir


Dünya 05 Dek 2018 20:02:00 205 0

Almaniyada neonasizm şoku: "Hannibal" ölüm və qan vəd edir

Bir qrup neo-nasist tərəfdarı olan əsgərin Almaniya ordusuna sızdığı və bu qrupun bir sıra siyasətçiləri və qaçqınları öldürməyi planlaşdırdığı iddiası ortaya atılıb.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu qrup Yaşıllar Partiyasının sədri Claudia Rothu, xarici işlər naziri Heiko Massı və keçmiş prezident Toaçim Gauckı öldürməyi planlaşdırıb.

Xüsusi təyinatlıların içərisindəki gizli qrupun hücum hazırlığı üçün silah yığdığı da iddia olunur. İddia, son dərəcə gizli federal istintaq hesabatına əsasən irəl sürülüb.

Həmin qrupun sol görüşlü siyasətçiləri qaçıraraq gizli düşərgədə qətlə yetirəcəyi bildirilir. Məlumatlara görə, gizli qrup üzvləri miqrantlara da hücum etməyi planlaşdırıb. Onların sayının günbəgün artdığı da vurğulanır.