DGK-da ABŞ nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)


Digərləri 05 Dek 2018 19:52:00 225 0

DGK-da ABŞ nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Dövlət Gömrük Komitəsində (DGK) Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsində (DGK) Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. DGK-dan Trend-ə verilən məlumata görə, görüşdə komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Səməd Qaralov gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması, gömrük rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verib. Görüşdə Azərbaycan-Gürcüstan sərhədində tikilməsi planlaşdırılan və “one stop” prinsipinə əsaslanan “İpək Yolu” gömrük-sərhəd keçid məntəqəsində texniki ehtiyaclarla bağlı ABŞ tərəfinin təcrübəsindən yararlanmağın mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, sözügedən gömrük-sərhəd keçid məntəqəsinin istifadəyə verilməsi Qara dənizlə Xəzər dənizi arasında yüklərin maneəsiz və sürətli daşınmasına münbit şərait yaradacaq.