Növbəti 5 il üçün Azərbaycanda geyim istehsalı üzrə PROQNOZLAR


Digərləri 05 Dek 2018 19:25:04 249 0

Növbəti 5 il üçün Azərbaycanda geyim istehsalı üzrə PROQNOZLAR

2018-ci ildə Azərbaycan geyim istehsalı 72,5 milyon manat həcmində gözlənilir

Bakı. Sara İsrafilbəyova - 2018-ci ildə Azərbaycan geyim istehsalı 72,5 milyon manat həcmində gözlənilir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyası və 2019-cu və növbəti üç il ərzində proqnoz göstəricilərində deyilir. Proqnoza əsasən, geyim istehsalı ildən-ilə artmağa başlayacaq. Belə ki, 2019-cu ildə bu göstərici 76,7 milyon manat, 2020-ci ildə 80,6 milyon manat, 2021-ci ildə 84,7 milyon manat, 2022-ci ildə 88,8 milyon manat təşkil edəcək. 2023-cü ilədək geyim istehsalı üzrə proqnozlar: 2017 2018 2019 2020 2021 2022 Kişi trikotaj kostyumları və dəstlər (min ədəd) 18,3 37,9 56,9 85,3 128 192 Kişi kostyumları (min ədəd) 344 309,8 340,7 391,8 450,6 518,2 Kişi alt geyimləri (min ədəd) 361,7 367,8 551,8 606,9 667,6 734,4 İpək şallar, şərf, digər məmulatlar (min ədəd) 23,3 36 54 81 121,5