Hindistanda aerokosmik laboratoriyada PARTLAYIŞ


Dünya 05 Dek 2018 18:49:00 210 0

Hindistanda aerokosmik laboratoriyada PARTLAYIŞ

Hindistanın Banqalore şəhərində elmi-tədqiqat institutlarının birində hidrogen balonu partlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 1 nəfərin öldüyü, daha 3 nəfərin yaralandığı bildirilir.

Bildirilir ki, insident instituta aid olan aerokosmik laboratoriyada baş verib.

Ölən və yaralananların institutun elmi əməkdaşları olduğu bildirilir.