Regional prezident: BP 2018-ci ilin yekunu üzrə AÇG blokunda hasilat üzrə planı artıqlaması ilə yerinə yetirəcək


Digərləri 05 Dek 2018 18:42:00 181 0

Regional prezident: BP 2018-ci ilin yekunu üzrə AÇG blokunda hasilat üzrə planı artıqlaması ilə yerinə yetirəcək

BP 2018-ci ilin yekunu üzrə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda hasilat üzrə planı artıqlaması ilə yerinə yetirəcək.

Bakı. Taleh Mursaqulov - BP 2018-ci ilin yekunu üzrə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda hasilat üzrə planı artıqlaması ilə yerinə yetirəcək. Trend-in məlumatına görə, bunu Azərbaycan neft-qaz sənayesində Milliləşdirmə Proqramının 5-ci ildönümü ilə bağlı hesabat toplantısında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons deyib. Q.Cons bildirib ki, AÇG-nin işlənməsi layihəsinin icrası çox böyük uğurla davam edir: