Ronaldonu "Bayern Munich" keçidinə mane olan səbəb


İdman 05 Dek 2018 18:26:00 283 0

Ronaldonu "Bayern Munich" keçidinə mane olan səbəb

Bayern Münich-in prezidenti Uli Hones Kriştiano Ronaldodan danışıb.

Goal.az xəbər verir ki, prezident yayda portuqaliyalını hansı səbəbdən transfer etmədiyini açıqlayıb. “Ronaldo əla futbolçudur. İnkar etmək olmaz. Amma 33 yaşı var. Satış qiyməti isə 100 milyon avro. Buna görə transferə cəhd etmədik. Əgər 24 yaşı olsaydı, bu məbləğə göz yumardım”,- prezident bilirib.

Xatırladaq ki, Ronaldo bu ilin iyul ayında Real-dan Juventus-a keçib. Transferinə 100 milyon avro xərclənib. Portuqaliyalı “kral klubu”nda 9 il ərzində 438 matçda meydana çıxıb. 450 qol vurub. Klub tarixinin ən yaxşı bombardiri olub. Real-la 4 dəfə Çempionlar Liqasını qazanıb.