Hindistanda aerokosmik laboratoriyada PARTLAYIŞ - Ölən və yaralananlar var


Digərləri 05 Dek 2018 18:23:00 221 0

Hindistanda aerokosmik laboratoriyada PARTLAYIŞ - Ölən və yaralananlar var

Hindistanın Banqalore şəhərində elmi-tədqiqat institutlarının birində hidrogen balonu partlayıb.

Bakı. Hindistanın Banqalore şəhərində elmi-tədqiqat institutlarının birində hidrogen balonu partlayıb. Trend-in məlumatına görə, partlayış nəticəsində azı 1 nəfərin öldüyü, daha 3 nəfərin yaralandığı bildirilir. Bildirilir ki, insident instituta aid olan aerokosmik laboratoriyada baş verib. Ölən və yaralananların institutun elmi əməkdaşları olduğu bildirilir.