Milliləşdirmə Proqramı nəticəsində BPdə işləyən azərbaycanlıların sayı 90 faizə çatıb FOTO


Digərləri 05 Dek 2018 18:10:00 341 0

Milliləşdirmə Proqramı nəticəsində BPdə işləyən azərbaycanlıların sayı 90 faizə çatıb  FOTO

BP şirkəti Azərbaycanın neft-qaz sənayesində Milliləşdirmə Proqramının həyata keçirilməsi üzrə mühüm nəticələrə imza atıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons deyib.

Q.Cons bildirib ki, BP 26 il əvvəl Azərbaycanda fəaliyyətə başlayıb və ölkənin bütün enerji layihələrində iştirak etməkdən qürur duyur.

Q.Cons qeyd edib ki, proqramın icra olunduğu 5 il müddətində BP-də işləyən azərbaycanlıların sayı 90 faizə çatıb: "Biz Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarla birlikdə bu hədəfə nail olmağımızla qürur duyuruq. Bu, Azərbaycandakı əməliyyatlarımızda personalın milliləşdirilməsini sürətləndirmək və işçi qüvvəsini inkişaf etdirmək üçün qəbul etdiyimiz uzunmüddətli strategiyanın və öhdəliklərin bir hissəsidir. Biz birgə səylərimizin uğurlu nəticəsini görməkdən məmnunuq və Azərbaycanın neft-qaz sənayesi üçün regional insan resursları qovşağına çevrilməsində iştirakımızı bundan sonra da davam etdirəcəyik".


Xəbərə aid fotolar