Anri: “Hay-küy salmaq lazım deyil”


İdman 05 Dek 2018 17:31:00 251 0

Anri: “Hay-küy salmaq lazım deyil”

Monaco Fransa çempionatının 16-cı turunda Amiens üzərində qələbə qazanıb-2:0.

Goal.az xəbər verir ki, baş məşqçi Tyerri Anri bu uğuru şərh edib. “ Qələbədən sonra növbəti matça rahat hazırlaşmaq olar. Düzü, Monpelye ilə oyunumuz daha çox xoşuma gəlmişdi. Həmin matçda müdafiədə əla oynadıq. Amyen-lə qarşılaşmanı da dəyərləndirmək vacibdir. Qapımızda təhlükəli vəziyyət yaranmadı. Benalo cəmi bir zərbə dəf etməli oldu. Hay-küy salmaq lazım deyil. Monaco qalib gəlməyə məcburdur. Təhlükəli zonadan uzaqlaşmaq ən vacib məsələdir”,- deyib Anri.

Onun komandası turnir cədvəlində 17-ci yerdədir. 13 xalı var. Amiens isə 19-cu pillədə qərarlaşıb.