Türkiyə xarici vətəndaşlara daha çox daşınmaz əmlak satacaq


Dünya 05 Dek 2018 17:32:00 260 0

Türkiyə xarici vətəndaşlara daha çox daşınmaz əmlak satacaq

Türkiyədə cari ilin sonunadək xarici vətəndaşlara daşınmaz əmlak satışının artırılması planlaşdırılır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Torpaq Kadastrı və Alqı-Satqı İşləri üzrə Dövlət Komitəsindən bildiriblər.

Qeyd olunub ki, 2018-ci ilin sonuna qədər əcnəbilərin Türkiyədə 40 min obyekt alacağı gözlənilir:

"2018-ci ilin yanvar-oktyabr aylarının yekunu üzrə əcnəbilər ölkədə 30 mindən çox daşınmaz əmlak alıb".