Mərhum sənətkarın oğlu 18 ildən sonra nəvəsi ilə görüşdü


Şou-biznes 05 Dek 2018 17:36:00 286 0

Mərhum sənətkarın oğlu 18 ildən sonra nəvəsi ilə görüşdü

ATV-də yayımlanan "BizimləSən" verilişinin son buraxılışında mərhum sənətkar Fatma Mehrəliyevanın oğlu efirə çıxıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, verilişdə mərhum sənətkar Fatma Mehrəliyevanın oğlu Qalib Mehrəliyev nəvəsi Fatimə ilə görüşüb.

Verilişdə Qalib Mehrəliyevin acınacaqlı taleyindən də bəhs edilib. Üç oğul, bir qız atası olan Q.Mehrəliyev illərdir səfil həyatı yaşayır. 2005-ci ildən Bakının mərkəzi küçələrinin birində, "Trolleybus parkı" deyilən ərazidə köhnə vaqonda yaşayır. O, 18 illik ayrılıqdan sonra nəvəsinə qovuşub.