Sumqayıtda ər arvadını vəhşicəsinə


Digərləri 05 Dek 2018 17:20:00 193 0

Sumqayıtda ər arvadını vəhşicəsinə

Sumqayıtda gənc qadının amansız qətlinin səbəbi qısqanclıq olduğu ehtimal edilir.

Son.az bildirir ki, bu haqda məlumat "Sputnik Azərbaycan"a şəhər polis idarəsindən verilib.

Cinayət çərşənbə günü, dekabrın 5-də səhər saatlarında Sumqayıt şəhəri 11-ci mikrorayonda baş verib. 1992-ci il təvəllüdlü Ağayeva Aynur Ramiz qızına çoxlu sayda bıçaq zərbələri endirilib.

Patoloqoanatomlar qətlə yetirilmiş gənc qadının bədənində 40-a yaxın bıçaq yarası müəyyən ediblər ki, bunların da əksəriyyəti baş və boğaz hissələrinə endirilib.