“Yolda qalmışıq, havanın açılmasını gözləyirik” BakıŞamaxı yolunda qatı dumanın qurbanı


Digərləri 05 Dek 2018 17:16:00 247 0

“Yolda qalmışıq, havanın açılmasını gözləyirik”  BakıŞamaxı yolunda qatı dumanın qurbanı

Qatı duman Bakı-Şamaxı-Yevlax magistralında hərəkəti çətinləşdirib. Xüsusilə də gecə saatlarında duman səbəbindən bəzi sürücülər yolda qalıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, iki gündür şimal-qərb istiqamətində müşahidə olunan qatı duman axşam saatlarında daha da kəskinləşib.

Duman əsasən, Bakı-Şamaxı-Yevlax yolunun Qobustandan keçən hissəsində və Şamaxı-Muğanlı-İsmayıllı-Ağsu dolaylarında müşahidə olunub. Görüntünün məhdud olması hərəkəti çətinləşdirib.

Ramin Musayev - Sürücü: "Duman çoxdur, görmək olmur. Sürücülər əziyyət çəkir. Ağsudan gəlirəm, o tərəflər ümumiyyətlə bərbad haldadır".

Zaur Mehdiyev - Sürücü: "Qatı duman hər tərəfi bürüyüb, sürmək çətindir. Sürücülərə tövsiyyəm olar ki, nişanlama xətlərinə əməl etsinlər. Ara məsafəsini saxlasınlar və diqqətli olsunlar".

Sözügedən ərazidə görmə məsafəsi 1 metrə qədər qısaldığından bəzi sürücülər hətta avtomobillərini yolun kənarında saxlamaq məcburiyyətində qalıblar.

Elman Nuriyev - Sürücü: "Yolda qalmışıq, gedə bilmirik, gələ bilmirik. Havanın açılmasını gözləyirik".

Kəskin hava şəraiti ilə əlaqədar dövlət yol polisinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyirlər.

Bakı-Şamaxı, Muğanlı-İsmayıllı və Şamaxı-Ağsu marşrutu ilə hərəkət edən sürücülərə ehtiyyatlı olmaları tövsiyyə olunur.

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar