“Şirvan-3” gəmisinin əsaslı təmiri başa çatıb


Digərləri 05 Dek 2018 17:01:06 300 0

“Şirvan-3” gəmisinin əsaslı təmiri başa çatıb

“Şirvan-3” kran gəmisinin əsaslı təmiri başa çatıb.

Bakı. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Şirvan-3” kran gəmisinin əsaslı təmiri yekunlaşıb. Təmir prosesi Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib. QSC-dən Trend-ə verilən məlumata görə, təmir müddətində 100 ton yükqaldırma qabiliyyətinə malik olan kranın burazları dəyişdirilib. Baş və köməkçi mühərriklər, nasoslar, boru sistemləri, sanitar qovşaqlar, elektrik mühərriklərinin cari təmir işləri aparılıb. “Şirvan-3” tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb. Bununla belə, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğularının təmiri də aparılıb.