Galatasaray braziliyalı hücumçunu heyətə qatır


İdman 05 Dek 2018 17:00:00 288 0

Galatasaray braziliyalı hücumçunu heyətə qatır

Galatasaray Rusiyanın Spartak (Moskva) komandasında çıxış edən Luis Adrianonu heyətinə qatmağa çox yaxındır.

Goal.az "Milliyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi artıq 31 yaşlı hücumçu ilə görüşüb və razılıq əldə edib. Bu keçiddə "sarı-qırmızılar"ın braziliyalı qapıçılarla iş üzrə məşqçisi Kladio Taffarelin vasitəçilik etdiyi bildirilir.

Türkiyə nəhəngi hazırkı klubu ilə 1.5 illik müqaviləsi olan Adriano üçün 4 milyon avro ödəməyə hazırdır. "Cim-Bom" təcrübəli forvard ilə 3.5 illik sözləşmə imzalamaq niyyətindədir. Galatasaray Moskva təmsilçisini razı sala bilsə, oyunçu mövsümün ikinci yarısından İstanbul klubunda çıxış edəcək.

Luis Adriano karyerası ərzində Ukraynanın Shakhtar və İtaliyanın Milan komandalarında da çıxış edib.