Paşinyan Putinlə qazın qiymətini müzakirə edəcək


Dünya 05 Dek 2018 16:20:00 231 0

Paşinyan Putinlə qazın qiymətini müzakirə edəcək

Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə təbii qazın qiymətini müzakirə edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, görüş dekabrın 6-sı Sankt Peterburqda keçiriləcək.

Bir müddət əvvəl qeyd olunmuşdu ki, Ermənistan rəhbərliyinin Rusiyadan alınan təbii qazın qiymətinin azaldılması üçün Moskva ilə danışıqlar aparır.