iPhone ilə film çəkdi,


Digərləri 05 Dek 2018 15:24:00 252 0

iPhone ilə film çəkdi,

Britaniyada çağdaş incəsənət sahəsində ən nüfuzlu mükafat sayılan "Turner Prize" bu il iPhone smartfonu ilə çəkilmiş filmə verilib.

Son.az bildirir ki, 2018-ci il üçün mükafatın laueratı Şotlandiyanın Qlazqo şəhərinin sakini, rəssam Şarlott Procerdir. Onun "Bridgit" adlı qısametrajlı filmi qalib sayılıb.

32 dəqiqə davam edən "Bridgit" filmi xanım Procerin evdə və səyahətlər zamanı çəkdiyi görüntülərdən ibarətdir.

Özünü "Kvir" adlandıran rəssam bu əsərində gender bərabərliyi və seksuallıq mövzularını araşdırıb.


Xəbərə aid fotolar