“Mastercard” və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər


Digərləri 05 Dek 2018 15:21:00 270 0

“Mastercard” və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

Yaxın günlərdə qlobal ödəniş texnologiyaları sahəsinin lideri sayılan “Mastercard” şirkəti Azərbaycanda rəqəmsal ödəniş həlli olan “Masterpass” platformasını təqdim edib.

Bakı. Yaxın günlərdə qlobal ödəniş texnologiyaları sahəsinin lideri sayılan “Mastercard” şirkəti Azərbaycanda rəqəmsal ödəniş həlli olan “Masterpass” platformasını təqdim edib. “Masterpass”dan istifadə edərək EPUL portalında 5 AZN və daha çox məbləğdə kommunal və mobil ödəniş edərkən 3 AZN məbləğində endirim qazanmaq mümkündür. “Masterpass”la bir toxunuşla və təhlükəsiz ödəniş etmək üçün ayrıca bir mobil tətbiq yükləməyə, istifadəçi adı və ya şifrə daxil etməyə ehtiyac yoxdur. İlk olaraq EPUL saytında (www.e-pul.az) və ya mobil tətbiqdə həsaba daxil olmaq, daha sonra isə ödəniş üsulunu seçib, kart məlumatlarını daxil etdikdən sonra “Mən kartımı “Masterpass”a əlavə etmək istəyirəm” seçimini etmək və “Ödəniş et” düyməsini basmaq gərəkdir. Bu son mərhələ ilə ödəniş başa çatır və kart “Masterpass”a əlavə edilir. EPUL saytında növbəti dəfə ödəniş edilən zaman istifadəçinin qeydiyyatdan keçirdiyi kartlar avtomatik olaraq görünəcək. Bundan başqa, “Masterpass” istifadəçiləri EPUL platfromasında ödəniş edərkən 3 AZN qənaət edə biləcəklər. Endirimdən faydalanmaq üçün “Mastercard”/”Maestro” kartlarını EPUL saytında və ya tətbiqində “Masterpass”da qeydiyyatdan keçmək lazımdır. Yalnız bundan sonra 5 AZN və daha çox məbləğdə kommunal və mobil ödəniş edərkən 3 AZN məbləğində endirim qazanmaq mümkündür.