Millimizin izlədiyi futbolçu nəhəng klubların hədəfində


İdman 05 Dek 2018 15:04:00 249 0

Millimizin izlədiyi futbolçu nəhəng klubların hədəfində

Azərbaycanın U-21 millisinin futbolçusu Ozan Can Kökçünün qardaşı Orkun Kökçü Avropa nəhənglərinin maraq dairəsindədir.

Goal.az xəbər verir ki, aşağı yaş qrupu üzrə yığmamıza çağırılması gündəmdə olan oyunçu növbəti təklifi PSG-dən alıb.

Chelsea, Arsenal, Tottenham, Fenerbahçe və Beşiktaş-ın gündəmində olan Feyenoord-un üzvünü PSG-nin bir müddətdi izlədiyi məlum olub. Feyenoord-un U-19 komandasının heyətində 17 qol vurub, 34 məhsuldar ötürmə verməsi fransızların diqqətindən yayınmayıb.

PSG 17 yaşlı yarımmüdafiəçini yanvarda transfer etmək niyyətindədilər.