Orxan Məmmədov: "Azərbaycanda KOB subyektlərinə sərgilərdə iştirak etmək daha asan olacaq"
Digərləri 05 Dek 2018 14:30:32 254 0
Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "İteca Caspian" şirkəti tərəfindən təşkil olunan bütün sərgilərdə iştirak etmək hüququ qazanıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq KOBİA "İteca Caspian" şirkəti ilə Anlaşma Memorandumu imzalayıb:
"Agentlik sərgilərdə iştirakda maraqlı olan kiçik və orta müəssisələrə müvafiq kömək və dəstək göstərəcək".
Bakıda keçirilən "Bakutel-2018" sərgisindən danışan O.Məmmədov qeyd edib ki, "KOB Dəstək" proqramı çərçivəsində Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə startapçılar, mikro və kiçik müəssisələrə sərgidə iştirak edə bilməsi və öz innovasiyalarını nümayiş etdirməsi üçün şərait yaradıb.
Mənbə: milli.az