Zaxarova: "ABŞ Kiprdə hərbi mövcudluğunu gücləndirsə, məcbur olacağıq ki..."


Dünya 05 Dek 2018 14:34:00 250 0

Zaxarova: "ABŞ Kiprdə hərbi mövcudluğunu gücləndirsə, məcbur olacağıq ki..."

ABŞ Kiprdə hərbi mövcudluğunu gücləndirsə, Rusiya cavab tədbirləri görməyə məcbur olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, müxtəlif mənbələrdən Vaşinqtonun Kiprdə hərbi obyektlər üçün ərazilərin təftişini keçirdiyi barədə məlumatlar əldə olunub:

"Adada hərbi mövcudluğun artırılması və bölgənin ABŞ və NATO planlarına daha çox cəlb olunması Kipr üçün təhlükəli ola bilər".