Rusiyada adı hava limanına verilən azərbaycanlı haqda


Digərləri 05 Dek 2018 14:08:00 238 0

Rusiyada adı hava limanına verilən azərbaycanlı haqda

Dünya tarixində ikinci elə bir geoloq yoxdur ki, onun iştirakı ilə bu qədər nəhəng yataqlar tapılsın.

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"O, "neft şahzadəsi" ola bilərdi. Ancaq bunun əvəzinə o, bütün gücünü, enerjisini ölkənin rifahı naminə verdi. Bu gün Rusiya hazırkı büdcəsi və qızıl valyutası ehtiyatlarına görə ona çox bocludur". Görkəmli azərbaycanlı geoloq Fərman Salmanov vəfat edəndə Rusiya qəzetləri belə yazırdı. "Sibir kəşfiyyatçısı haqqında əfsanə", "Əfsanəvi geoloq" və s. başlıqlar altında çap olunan məqalələr demək olar ki, ölkə mediasının gündəmindən düşmürdü. Fərman Salmanov böyük Sibir neftini kəşf etmişdi. Qərbi Sibirdə, o cümlədən perspektivi olmayan regionlarda kəşf edilən yataqlar məhz onun adı ilə bağlı idi. Bu gün də onun adı Sibir torpaqları, xüsusən Surqut sakinləri üçün novator neftçi assosiasiyası doğurur.  

Məktəbli Fərman necə geoloq oldu? 

Şəmkir rayonunun Morul kəndində yaşayan Salmanovlar ailəsinin 4 uşağı vardı: Fərman, Mais, İlqar və Amur. Azərbaycanlı qız, Amur adına görə babası Süleymana minnətdar idi. Süleyman Salmanov gəncliyində öz mal-qarasının bir hissəsini yerli çinovniklərə verməkdən imtina etmiş və bununla da onların qəzəbinə tuş gəlmişdi. Bu, itaətsizliyi ona baha başa gəlmişdi. 1888-ci ildə onu 20 illiyə Sibirə, daha sonra Uzaq Şərqə sürgün etmişdilər. Sürgün vaxtı Süleyman rus-yapon müharibəsində iştirakına görə mükafatlar almışdı. Buna görə, həbsdən vaxtından əvvəl azad edilmişdi. O, Vətənə Sibirli həyat yoldaşı Olqa ilə qayıtdı. Süleyman Sibiri sevirdi və bu haqda nəvələrinə çox danışırdı. Nəvəsini də Sibir çayının şərəfinə Amur adlandırdı. Sonradan Amur və qardaşı İlqar linqvist oldular. Evin ortancıl oğlu Mais gözəl səsi ilə ürəkləri fəth edən müğənni, Azərbaycanın Əməkdar artisti kimi tanındı. Evin böyük oğlu Fərman isə geoloq olaraq, babasının xatirələrinin təsiri altında ömrünü Sibirlə bağladı. 

1946-cı ildə SSRİ Ali Sovetinə deputat seçkiləri zamanı namizədlərlə görüş keçirilərkən N.K.Baybakov Şəmkirdə yerli insanlarla görüşə gəlir. 8-ci sinif şagirdi Fərmana, məşhur neftçiyə şəmkirlilərin arzusuna çatdırmaq tapşırılır. O, Baybakova cəsarətlə bildirir ki, kənd yollarının asfaltlanması, elektrik xətlərinin çəkilməsi, məktəbin təmiri lazımdır. Yeniyetmənin cəsarəti Baybakovun xoşuna gəlir. O, məktəbli ilə söhbət edir və öyrənir ki, Fərman Neft İnstitutuna daxil olmaq istəyir. "Sən düzgün seçim edibsən, əgər sənə mənim köməyim lazım olsa, hazıram" deyir. 

Orta məktəbi bitirdikdən sonra Fərman iki il Şirvan geoloji ekspedisiyasında kollektor işləyir. 1949-cu ildə isə Azərbaycan Sənaye İnstitutuna mühəndis-geoloq, neftçi ixtisası üzrə daxil olur. Təhsil illərində ona üç dəfə Sibirdə geoloji təcrübə keçmək qismət olur. 

"Mən nefti tapdım"